"Qəbələ" əzmkar qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Qəbələ” komandaları üz-üzə gəlib. Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən İlkin Muradov açıb. 80-ci dəqiqədə qonaq komandadan Fernan Lopes, 87-ci dəqiqədə isə Rövlan Muradov fərqlənib.

Beləliklə, 4 oyunluq məğlubiyyət seriyasına son qoyan “Qəbələ” xallarını 16-ya çatdırıb. Əyalət komandası yenə 8-ci yerdə qalıb. Ardıcıl 4-cü dəfə uduzan “Zirə” isə 20 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Keşlə” ilə  2:2, “Qarabağ” “Sabah”la 0:0 hesablı heç-heçə edib.

Tura saat 17:00-da başlanacaq “Neftçi” – “Səbail” matçı ilə yekun vurulacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir