Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb

 Ağac kəsdiyinə görə şirkət 50 000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib:

 Sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub.“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir