AQTA: Belarusdan idxal edilən "Qalareya vkus" əmtəə nişanlı dondurulmuş ördək əti məhv edilib

 Belarusdan gətirilmiş 317 kq ördək əti məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

“Aznur” MMC Belarusdan idxal olunan “Qalereya vkus” əmtəə nişanlı dondurulmuş ördək ətinə qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edib. Agentlik əməkdaşları tərəfindən məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib:

Analizin nəticələrinə əsasən məhsulun tərkibində patogenlər və salmonella aşkarlanıb.Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, xalis çəkisi 317 kq olan “Qalereya vkus” əmtəə nişanlı dondurulmuş ördək əti Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib”.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir