Bağdadda "Yaşıl zona" raket atəşinə məruz qalıb

 Bağdadın ABŞ səfirliyinin yerləşdiyi ərazisində 2 raket partladı

İraqın paytaxtı Bağdadın “Yaşıl zona” adlandırılan ərazisi raket atəşinə məruz qalıb.

TASS xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin olduğu ərazidə iki raket partlayıb. Ərazidə eyni vaxtda həyəcan siqnalları da işə düşüb.

İlkin məlumata görə, raketlər Bağdadın şərq hissəsindən atılıb.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir