Güclü külək elektrik təchizatında fasilələr yaradıb

 Külək enerji təchizatında fasilələr yaradıb

Ötən gündən əsən güclü külək bir sıra ərazilərə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaradıb”.

Bunu  “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq ölkənin hər yerində enerji təchizatı tam bərpa olunub.

“Külək Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Abşeron rayonunun Saray qəsəbəsinə, eləcə də bır sıra dağlıq və dağətəyi yerlərə elektrik enerjisinin verilişində fasilə yaratmışdı. Əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür və qəzalar operativ şəkildə aradan qaldırılır”, – T.Mustafayev qeyd edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir