Küveytdə yaxın şərq virusuna yeni yoluxma halı qeyd olunub

 Yaxın Şərqdə koronavirusa yoluxanların sayı artır

Küveytdə daha 10 nəfərdə “COVİD-2019” infeksiyası aşkarlanıb, bununla koronavirusa yoluxanların sayı 56-ya çatıb.

“Reuters” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 89 242 nəfərdir. Bunların 45 207 nəfəri sağalıb, 3 058 nəfər isə həyatını itirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir