Bakının 160 ümumtəhsil məktəbində dezinfeksiya işləri aparılıb

 Bakı məktəblərində koronavirusa qarşı dezinfeksiya işləri aparılır - VİDEO

Bakının ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib”.

Bunu 54 saylı məktəbdə dezinfeksiya işlərinin aparılması zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb:

“Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü martın 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin sona çatdırılması nəzərdə tutulur”.

B.Məmmədovun sözlərinə görə, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılmış, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb.

                                                                              MƏNBƏ:REPORT

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir