"COVİD-2019"a yoluxmuş ən yaşlı xəstə sağalıb

 Çinin ən yaşlı koronavirus xəstəsi sağaldı

Çinin Uhan şəhərində “COVID-2019″a yoluxmuş 98 yaşlı qadın xəstəlikdən sağalıb”.

Bu barədə “New York Post” məlumat yayıb.

Bildirilir ki, qadın xəstəliyə yoluxmuş 55 yaşlı qızı ilə birlikdə ötən ay, fevralın 13-də xəstəxanaya çatdırılıb. Xu adlı qadın ağır vəziyyətdə olub və temperaturu 40 dərəcəyə qədər yüksəlib. Buna baxmayaraq virus əleyhinə müalicə üsullarından sonra o sağalıb. Uzunömürlü qadının Çinin ən yaşlı koronavirus xəstəsi olduğu bildirilir.

Son məlumata görə, ölkədə virusa yoluxmuş 47 204 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir