Maliyyə naziri AİPAC-nin konfransında iştirak edib

 Samir Şərifov: "İsraillə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"

Azərbaycanın İsraillə əməkdaşlığı yalnız neft tədarükü ilə məhdudlaşmır, müdafiə və digər texnologiyaların ötürülməsi sahəsində də əməkdaşlıq var və bunun genişləndirilməsində maraqlıyıq. İsrail müasir silahlara ehtiyacı olan Azərbaycana bu məsələdə dəstək verən azsaylı ölkələrdən biridir”.

Xarici mətbuat xəbər verir ki, bunu ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdə olan maliyyə naziri Samir Şərifov Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AİPAC) konfransında bildirib.

Nazir həmçinin deyib ki, tarixi mənbələr Azərbaycan ərazisində yəhudilərin 2 600 ildir yaşadığını göstərir: “Hazırda ölkəmizdə 30 min yəhudi var”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir