Azərbaycan Milli Komandası Dağıstanda təlim-məşq toplanışında iştirak edəcək

 Sərbəst güləş millimiz Dağıstanda

Sərbəst güləş üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb.

Martın 5-də millinin Mahaçqalada hazırlıq prosesi başlanacaq.

Martın 14-dək davam edəcək təlim-məşq toplanışında sərbəst güləş üzrə vitse-prezident Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Aslanbek Alborov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edəcək.

Yerli komanda ilə birgə keçiriləcək hazırlıq prosesində əsasən taktiki-texniki çalışmalara üstünlük veriləcək. Toplanış 19 – 22 martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır”.

Qeyd edək ki, sərbəst güləşçilər yarışın ilk iki günündə mübarizə aparacaq. Şərif Şərifov ötən il dünya çempionatında 97 kq-da Olimpiadaya lisenziya əldə etdiyi üçün yığma üzvləri Budapeştdə 57 kq, 65 kq, 74 kq, 86 kq və 125 kq-da Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir