Azərbaycandan Qazaxıstana bərə daşımalarına qoyulan məhdudiyyət qərarında dəyişiklik edilib

Azərbaycandan Qazaxıstana bərə daşımalarına qoyulan məhdudiyyət qərarına dəyişiklik edilibKoronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra:

Ölkəmizdən bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişin və yük avtomobillərinin daşınmasına da icazə verilib.  Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb. İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək”.

Qərarla əlaqədar olaraq  ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub. Hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə sona çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir