Bakıda françayzinq forumu və sərgisi keçirilir

 Bakıda françayzinq forumu və sərgisi keçirilir

Bu gün Bakıda İqtisadiyyat Nazirliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan Beynəlxalq Françayzinq Forumu və Sərgisi işə başlayıb.

2 gün davam edəcək tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov açıb.

“Francayzinq dünyada geniş yayılıb. Bugünkü forum və sərgi sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına imkan yaracaq”, – o deyib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, foruma və sərgiyə aparıcı francayzinq şirkətləri dəvət edilib və məqsəd iqtisadiyyata investisiyaların cəlb olunmasıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir