Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri vəzifəsinə dəyişiklik olub

 Azərbaycanda nazir işdən çıxarıldı - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri təyin edilib.

Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.

*** 17:40

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri vəzifəsindən azad edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir