Almaniya Kuboku yarımfinalçıları müəyyənləşib

 Almaniya Kubokunun yarımfinalçıları məlum oldu

Almaniya kubokunun 1/4 final matçında “Bayer” “Union”u qəbul edib.

Leverkuzendə keçirilən matç meydan sahiblərinin qələbəsi ilə sona çatıb.

Oyunda hesab birinci hissənin sonunda açılıb. Qarşılaşmanın 39-cu dəqiqəsində berlinlilərin heyətində Markus İnqvartsen fərqlənib. Meydan sahibləri 72-ci dəqiqədə tarazlığı bərpa ediblər – Kərim Bellarabi komandasının bərabərlik qolunu vurub.

Qarşılaşmanın 86-cı dəqiqəsində “Bayer” Çarles Arangisin qolu ilə hesabda irəli çıxıb. Matça əlavə edilmiş vaxtda Mussa Diabi qarşılaşmada son nöqtəni qoyub. “Bayer” bu qələbə ilə yarımfinala vəsiqəni təmin edib.

Almaniya kubokunun digər 1/4 final matçında “Ayntraxt” “Verder”ə 2:0 hesabı ilə qalib gəlib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir