Azərbaycandakı epidemioloji vəziyyət

 Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 6-ya çatdı

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha 3 şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir”.

, – qərargahdan bildirilib.

Bundan əvvəl ölkədə koronavirus aşkarlanan şəxslərin sayı üç nəfər idi. Hazırda bu virusa yoluxan şəxslərin sayı 6-dır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir