Böyük Britaniya səfirliyi 8 Mart münasibətilə tədbir keçirib

 Britaniya Gender Bərabərliyi üzrə Milli iş planında Azərbaycanı dəstəkləyir - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qeyd edib ki, bu bayram bütovlükdə cəmiyyətdə qadın rolunun əhəmiyyətini simvollaşdırır.

Ceyms Şarp qadın hüquqlarına, ümumi tərəqqi və rifaha töhfə verən qadınların təhlükəsizlik roluna hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

 Britaniya Gender Bərabərliyi üzrə Milli iş planında Azərbaycanı dəstəkləyir - FOTO

Öz növbəsində Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Emma Robinson vurğulayıb:

2020-ci il qadın hüquqlarına riayət etmək məsələlərində mühüm əhəmiyyət kəsb edir. Məhz bu il dünya BMT Təhlükəsizlik Şurasının sülh – təhlükəsizliyi qorumaq üçün münaqişələrin qarşısının alınması və həllində qadınların rolunun əhəmiyyətinə dair qəbul etdiyi qərarın qəbul olunmasının 20-ci ildönümünü, habelə qadın hüquqları istiqamətində irəliləyişə doğru mühüm mərhələ olan Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının qəbulunun 25 illiyini qeyd edir”.

“Azərbaycanda qadınların rolu artır. Bu gün Azərbaycanda gender bərabərliyi sahəsində milli iş planının qəbulu üzərində işlər görülür. Biz bu planın tərtib edilməsində Azərbaycanı hər cür dəstəkləməyə hazırıq. Ümid edirik ki, bu, yaxın vaxtlarda qəbul ediləcək”, – səfirin müavini bildirib.

 Britaniya Gender Bərabərliyi üzrə Milli iş planında Azərbaycanı dəstəkləyir - FOTO

E.Robinson həmçinin münaqişələrin nizama salınmasında qadınların rolunu qeyd edib. Vurğulayıb ki, qadınların iştirakı istənilən münaqişəni və ya mübahisəni daha sürətli və daha effektiv həll etməyə imkan verir.

Beynəlxalq Qadınlar Günü hər il martın 8-də bir sıra ölkələrdə qeyd edilir. Bu gün bir çox ölkələrdə tarixən qadınların bərabər hüquqlar və azadlıq üçün mübarizədə həmrəyliyi günü kimi qeyd olunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir