Ərdoğan Kremldə: "Məlumdur ki, bu görüşü Türkiyədə  keçirəcəkdik"... (VİDEO)

Putinlə Ərdoğanın təkbətək görüşündən öncə mətbuat önündə söhbətin videosu Türkiyə Prezidentinin  rəsmi FB səhifəsi üzərindən yayımlanıb.

Putin türk əsgərlərinin aviasiya hücumu nəticəsində şəhid olmasından bəhs edərkən Rusiya hərbçilərinin və Əsəd rejimi güclərinin orada türk əsgərlərinin olduğunu bilmədiyini söyləyib.  Daha sonra o deyib:

 Bu müddətdə Suriya  ordusunun da ciddi  itkiləri  oldu. Buna görə də biz hər şeyi  müzakirə etməliyik ki, bu, bir daha təkrar olunmasın və Türkiyə-Rusiya münasibətləri pozulmasın”.

Rusiya Prezidenti ikitərəfli münasibətlərə xüsusi önəm verdiklərini qeyd edərək sözlərini belə bitirib:

Sizin xahişinizlə biz təkbətək danışmağa hazırıq. Daha sonra zərurət yaranarsa, burada zalda olan – bizdən sağda və solda dayanmış həmkarlarımız qoşula bilər”.

Putun mətbuat önündə söhbətə bununla nöqtə qoymağa təşəbbüs göstərib.  Lakin Türkiyə Prezidenti Putinin bu  cəhdinə baxmayaraq  həmkarının çıxışına  münasibət bildirib. Ərdoğan  bu qəbula görə təşəkkürünü ifadə edərək deyib:

Məlumdur ki, bu görüşü  Türkiyədə  keçirəcəkdik. Sizin burada Konstitusiya dəyişiklikləri ilə bağlı işlərin gedişi ilə əlaqədar səbəbdən bu dəvətinizi burada  gerçəkləşdiririk.

Təbii, İdlib məsələlərinin müzakirələri səbəbi ilə bir araya gəlməyimiz böyük önəm kəsb edir. Bölgədə vəziyyət gərgindir. Bilirəm ki, bu an dünyanın gözü buradadır. Bu gün burada atacağımız addımlar, alacağımız faydalı qərarlar  bölgəni də,  ölkələrimizi də rahatladacaqdır.

Rusiya-Türkiyə münasibətlərinin yüksək dövrünü yaşayırıq. İstər müdafiə sənayesi, istər ticari münasibətlərimizdə  çox fərqli bir mərhələdəyik. Bu münasibətlərin daha da yüksəldilməsinin  hesabını aparırıq və bunu gücləndirmək  bizim ən böyük amacımızdır. Bunu da bacaracağımıza inanıram”.

Bundan sonra mətbuat nümayəndələri zaldan çıxardılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir