İsveçrədə ilk ölüm faktı qeydə alınıb

 İsveçrədə koronavirusdan ilk ölüm qeydə alındı

Qərbi Avropanın daha bir ölkəsində koronavirusa yoluxmuş şəxs həyatını itirib.

Xarici KİV xəbər verir ki, İsveçrədə ilk koronavirusdan ölüm hadisəsi qeydə alınıb, 74 yaşlı qadın “COVİD-19″dan vəfat edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 84 ölkə və regionu əhatə edir.

Dünyada bu infeksiyaya indiyədək yoluxanların sayı 95 606-ə çatıb. Bunların 53 697 nəfəri sağalıb, 3 287 nəfəri isə vəfat edib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir