Koronavirus Günəş şüalarının və kimyəvi dərman maddələrinin təsirindən məhv olur

Hazırda bir neçə ölkədə yayılan koronavirus yeni bir infeksiya deyil. Bu xəstəlik ilk dəfə 2012-ci ildə aşkarlanıb. Alimlər mikroskop altında baxarkən nüvənin ətrafında zülal və lipidlərin tac əmələ gətirdiyini görüblər. “Korona” latın sözü olub, tac deməkdir.

Koronavirus kəskin infeksion virus infeksiyasıdır, əsasən antroponozdur, yəni insanlar xəstələnirlər. Lakin buna baxmayaraq, infeksiyanın mənbəyi heyvanlar, quşlar da ola bilirlər. Xəstəlik əsasən yuxarı tənəffüs yollarını zədələyib kəskin ağır formalı pnevmoniya əmələ gətirir. Virusların ölçüləri 120-160 nanometrdir, onlar ətraf mühitə qarşı dözümsüzdürlər, asanlıqla məhv olurlar, açıq sahələrdə iki saat yaşamaq qabiliyyətləri var.

Günəş şüalarının və kimyəvi dərman maddələrinin təsirindən asanlıqla, 56° C temperaturda ani məhv olurlar. Kanalizasiya suyunda belə cəmi 4 saat yaşaya bilirlər. Havalar isinəndən sonra həmin infeksiyanın azalması ehtimalı var.

Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yoluxucu xəstəliklər şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sədrəddin Atakişizadə məlumat verib:

Virusa yoluxma əsasən hava-damcı yolu ilədir. Mədə-bağırsaq sistemi vasitəsilə yoluxma halları olsa da, buna çox az rast gəlinir. Yuxarı tənəffüs yollarına düşən virus çoxalır və yavaş-yavaş ağciyərlərə doğru hərəkət edir. Ağciyərlərə düşən həmin törədicilər orada artıb-çoxalır, pnevmoniyaya çevrilir”.

, – deyə mütəxəssis bildirib.

Mənbə: ATU

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir