Romada qaçış marafonu epidemiyaya görə ləğv olunub

 Roma marafonu koronavirusa görə ləğv olundu

Martın 29-da İtaliyanın paytaxtı Romada keçirilməli olan qaçış marafonu təxirə salınıb.

Bu barədə yarışın rəsmi “Facebook” səhifəsi məlumat paylaşıb.

Roma marafonunun koronavirus epidemiyasına görə ləğv olunduğu bildirilib:

İtaliyanın Baş Naziri Cüzeppe Kontenin dünən imzaladığı fərmana əsasən, insanlar arasında ən azı 1 metr məcburi məsafəni təmin etmək mümkün olmadıqda bütün ictimai tədbirlər, o cümlədən idman yarışları ləğv olunmalıdır”.

Qeyd edək ki, İtaliyada indiyədək 3 089 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 107-si həyatını itirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 898-ə çatıb. Bunların 53 975 nəfəri sağalıb, 3 308 nəfəri isə həyatını itirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir