Türkiyə Yunanıstanla sərhəd məntəqələrinə 1000 xüsusi təyinatlı əsgər yerləşdirib

Daxili İşlər naziri Süleyman  Soylu bu anadək 139 min 70 qaçqının Türkiyə qapılarından Yunanıstan tərəfə keçdiyini  açıqlayıb. Onun mətbuat nümayəndələrinə verdiyi məlumata görə, bu kütlənin çox hissəsi  neytral zonadadır və yunan tərəfi onlara qarşı sərt tədbirlər görməklə geri qaytarmağa çalışır.

Daxili İşlər naziri  1000 xüsusi təyinatlı ordu qüvvələrinin  sərhəd-keçid məntəqələrində yerləşdirildiyini, Türkiyə aid sahədə qaçqınların hüquqlarını qoruyacağını açıqlayıb.

Onların əsas vəzifəsi qaçqınların zorla geri qaytarılmasının qarşısını almaq olacaq.

Soylu sərt dillə Avropa orqanlarını və Yunanıstan hakimiyyətini qaçqınlara qeyri-insani münasibətə görə qınayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir