ÜST: Dünya ölkələrindəki epidemioloji xülasə

 Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri ötdü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində Çindən kənarda koronavirusa 2 000-dən çox yeni yoluxma hadisəsini qeydə alıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə təşkilatın saytında yayılmış rəsmi məlumatda bildirilir.

Qeyd edilir ki, son gün ərzində Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 12 min nəfəri ötüb.

Təşkilatın rəsmi məlumatına görə:

Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 76 ölkədə 12 668 nəfərə çatıb. Son 24 saat ərzində virusa 2 103 yeni yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə virusdan 214 nəfər vəfat edib. Virus daha 4 ölkədə – Argentina, Çili, Polşa və Ukraynada yayılıb”.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir