Avropa İttifaqı İdlibdə atəşkəsə tərəddüdlə yanaşır, amma ümidsiz də deyil...

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə Suriyanın İdlib əyalətindəki böhranla əlaqədar toplanan Avropa İttifaqının (Aİ) Xarici işlər nazirləri Rusiya və Türkiyə arasındakı atəşkəsi ehtiyatla qarşılayıblar.

Aİ-nın yüksək səviyyəli rəsmisi Xosep Borrell  deyib:

Atəşkəsdən məmnunam, atəşkəs yaxşı xəbərdir, ən azından yaxşı niyyətdir, görək necə işləyəcək”.

Estoniyanın Xarici işlər naziri Urmas Reinsalu bildirb ki, “İndi humanitar yardım məsələsinə diqqət ayırmaq çox vacibdir və Rusiya humanitar yardım dəhlizləri anlayışına hörmət etsəydi alqışlayardım”.

Başda Hiderlend olmaqla bəzi Aİ ölkələri Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələrinin mülki hədəfləri bombalamağını dayandırması üçün İdlib üzərində uçuşa qadağa bölgəsinin yaradılmasına çağırıb.

Hollandiyanın Xarici işlər naziri Stef Blok:

Aİ ölkələri İdlibə humanitar yardım göstərməyə hazırdır. Bölgəyə humanitar yardımın çatırılması probleminin həll edilməsində atəşkəs köməkli olacaq. Həmçinin problemi həll etmək üçün uçuşa qadağan bölgənin yaradılması daha da effekitv olacaq”.

Lakin digər tərəfdən 27 üzvdən ibarət blokun uçuşlara qadağa bölgəsini yaratmaq və tətbiq etmək gücü yoxdur. Rəsmilər bu məsələdə özlərinə şübhə ilə yanaşıb.

Xatırladaq ki, bir gün öncə – cümə axşamı Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədəki gərginliyin azaldılması ilə bağlı danışıqların ardından Suriyanın şimal-qərbindəki İdlib əyalətində atəşkəsə dair razılığa gəliblər.

 

Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir