Cəbhə bölgəsində profilaktik məqsədlə dezinfeksiya işləri aparılıb – VİDEOREPORTAJ

Tərtər rayonunda yerləşən təhsil müəssisələrində dezinfeksiya işləri aparılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonun ümumtəhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu günədək 49 ümumtəhsil məktəbində və 8 məcburi köçkün təhsil müəssisədə dezinfeksiya işləri aparılıb. Dezinfeksiyaedici tədbirlərin martın 9-dək sona çatdırılması nəzərdə tutulur.

Tərtər Rayon Təhsil Şöbəsinin məlumatına görə, martın 5-də rayonun ən böyük təhsil müəssisələrində, eləcə də cəbhə bölgəsində yerləşən məktəblərdə, həmçinin Uşaq-Gənclər İdman və Uşaq-Gənclər İnkişaf mərkəzlərində şahmat məktəbində dezinfeksiya işləri aparılıb. Dezinfeksiyaedici tədbirlər rayonun bütün ümumtəhsil müəssisələrini əhatə edəcək.
Şöbədən bildirilib ki, Təhsil Nazirliyinin 2020-ci il 24 fevral tarixli təlimat məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagird və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər, ekskursiyalar məhdudlaşdırılıb.

MƏNBƏ: REPORT

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir