“Danabaş kəndinin əhvalatları” Sumqayıtda oynanılacaq

Sumqayıt Teatrı yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı ikihissəli tamaşa hazırlayıb.

Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov ötən il  Cəlil Məmmədquluzadənin 150 illiyinin prezident sərəncamı ilə qeyd olunuğunu,  ölkənin bütün dövlət teatrlarında və mədəniyyət müəssisələrində görkəmli ədibin əsərlərinə müraciət edildiyini,  pyeslərinə yeni quruluşlar verildiyini xatırladaraq deyib:

Biz də öz növbəmizdə ədibin yubileyinə töhfə olaraq Mirzə Cəlil yaradıcılığına müraciət edərək, görkəmli dramaturqun “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı iki hissəli tamaşa hazırlamışıq. Yeni səhnə əsəri martın ilk həftəsonu teatrsevərlərin ixtiyarına veriləcək”.

O, bildirib ki, əsər XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patriarxal mühitini, zülm və özbaşınalığı, xurafatı bütün dolğunluğu ilə əks etdirir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir. Baş rollarda Əməkdar artistlər İlahə Səfərova və Mövsüm Hüseynov çıxış edirlər. Həmçinin tamaşada teatr truppasının istedadlı aktyorları da yer alıb.

Mədəniyyət Nazirliyinin təqdim etdiyi xəbərdə tamaşanın  oynanılacağı tarix açıqlanmayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir