Futbol üzrə XXI tur oyunlarının cədvəli bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli bəlli olub.

2 gün keçiriləcək turun açılış matçında”Sabah” “Keşlə” ni qəbul edəcək. Tura “Neftçi” – “Zirə” qarşılaşması ilə yekunlaşacaq.

Azərbaycan Premyer Liqası, XXI tur

14 mart (şənbə)

16:00. “Sabah” – “Keşlə”

“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Qəbələ”

Tofiq Bəhramov adına Respublika Stadionu,

15 mart (bazar)

16:00. “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”, 16:00

18:00. “Neftçi” – “Zirə”

“Bakcell Arena”

Qeyd edək ki, AVRO-2020 ilə əlaqədar olaraq aprelin 12-dən etibarən “Bakcell Arena”da renovasiya işləri aparılacaq. Peşəkar Futbol Liqası bu səbəbdən təqvimdə 3-cü dövrənin “Zirə” – “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” – “Zirə” görüşünün yerini dəyişdirib. Premyer Liqada XX turun oyunları isə bu həftəsonu keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir