İranın sabiq diplomatı "COVİD-19"dan həyatını itirib

 İranın XİN başçısının sabiq müşaviri koronavirusdan öldü

İranın sabiq diplomatı və parlamentin keçmiş üzvü Hüseyn Şeyxülislam “COVİD-19″dan vəfat edib.

Bu barədə IFP “News” portalı bildirib.

O, müxtəlif vaxtlarda İranın Suriyadakı səfiri vəzifəsində çalışıb. Hüseyn Şeyxülislam  İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin də müşaviri olub.

İranda koronavirusa yoluxanların sayı 3 513 nəfərə çatıb. Ölkənin 107 sakini virusdan həyatını itirib, 739 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir