İtaliya, Fransa və İspaniyadakı son epidemioloji vəziyyət

 İtaliyada koronavirusdan ölənlərin sayı 148 nəfərə çatdı

İtaliyada “COVİD-19″dan həyatını itirənlərin, Fransa və İspaniyada isə yoluxanların sayı kəskin artıb.

CNBC-nin məlumatına görə, İtaliyada koronavirusdan 41 yeni ölüm faktı qeyd olunub, ümumilikdə Cənubi Avropa ölkəsində həyatını itirənlərin sayı 148-ə çatıb. Ölkədə virus daşıyıcılarının sayı 3 800 nəfərdən çoxdur.

 Fransada 138, İspaniyada isə 47 nəfərdə koronavirus infeksiyasına yeni yoluxma halı aşkarlanıb. Bununla da  yoluxanların sayı Fransada 423-ə, İspaniyada isə 329-a çatıb.

Dünyanın 94 ölkə və regionunda tüğyan edən koronavirusun yeni ştamına indiyədək yoluxanların sayı 98 851-ə çatıb. Bunların 55 807 nəfəri sağalıb, 3 390 nəfəri isə ölüb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir