Rusiyanın OPEK-in təklifini rədd etməsi nefti kəskin ucuzlaşdırıb: son qiymətlər

OPEK  gündəlik neft hasilatını daha 1,5 milyon barel azaltmağı təklif edir.  Rusiya isə bu təkliflə qəti razı deyil və  əvvəlki razılığın davam etdirilməsini istəyir.

Tərəflər arasında danışıqlar Vyanada  keçirilir.

Müzakirələri izləyən “Reuters”  müxbirlərinin verdiyi xəbərə görə,  rəsmi Moskva bütün təklifləri rədd edib. Hətta mövqeyi  neftin qiymətini kəskin düşürsə belə, qüvvədə olan  razılaşmanın uzadılmasında israrlıdır.

Müzakirə  masasını tərk edən Rusiyanın Energetika naziri Aleksandr Novak  alyans üzrə tərəfdaşları ilə müzakirələri fərdi qaydada davam etdirsə də, birjalarda qiymətlər  10 faiz civarında sərt düşüb və bu proses hazırda davam edir. Real zamanda qiymətlər aşağıdakı informasiya  tablosunda əks olunur.

Qeyd edək ki, bundan bir qədər əvvəl Rusiyanın Maliyyə naziri Anton Siluanov neftin ucuzlaşmasına hazır olduqlarını, ötən illər ərzində ölkəsinin kifayət qədər ehtiyat yığdığını bildirib.

Hərçənd, siyasi  gedişlərlə Rusiya hər zaman neftin bahalaşmasına  çalışıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir