SOCAR Belarus üçün iki tanker neftin ilkini göndərib

 SOCAR Belarus üçün ilk neft tankerini yola saldı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk tankeri göndərib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, dünən axşam Ceyhan limanından Belarus üçün 90 min ton həcmində ilk neft partiyası yola salınıb.

O qeyd edib ki, ikinci neft partiyasının  martın 20-nə qədər göndərilməsi planlaşdırılır. Bu tanker Supsa limanından yola salınacaq və onun həcmi 85 min olacaq.

Xatırladaq ki, daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko da  SOCAR-ın Odessa limanına iki tanker neft nəql edəcəyini açıqlamışdı. Belarusa  ümumilikdə 160 min ton  neft göndərilməsi nəzərdə tutulub.

Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun Mozır neft emalı zavoduna nəql olunacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir