TƏBİB: Bakıda iranlı ailə karantinə alınıb

Bakıda 8 nəfərdən ibarət iranlı ailə karantinə alınıb

Martın 4-də Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib”.

Bu barədə TƏBİB-dən bildirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus infeksiyasının geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri diaqnostik testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib. Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (6-sı uşaq olmaqla 8 İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəuyğun hesab olunub.  Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda müəyyən olunmuş  14 gün müddətində bütün ailə üzvləri xəstəxanada karantinə alınıblar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir