Əfqanıstandakı terror aktını İŞİD törədib

 

Əfqanıstanda törədilmiş qanlı terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bunu “Azadlıq” radiostansiyası xəbər verib.

Xatırladaq ki, martın 6-da naməlum şəxslər Kabildə keçirilən anım mərasimi zamanı kütləyə mərmi atmış, insanlar atəşə tutulmuşdu. Nəticədə 32 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdı.

Terror aktının Taliban tərəfindən törədildiyi düşünülsə də, onlar bunu təkzib etmişdilər.

İndi isə bu qanlı terror aktının İŞİD tərəfindən törədildiyi məlum olub.

Qeyd edək ki, Əfqanıstanın qərbindəki Herat vilayətində ötən gecə daha bir terror qeydə alınıb: insanlara  silahlı hücum nəticəsində azı 7 dinc sakinhəyatını itirib, 17 nəfər yaralanıb.

Qeyd edək ki,  Talibanın  ABŞ-la razılaşmasından sonra Əfqanıstanda terror hadisələri artıb. Görünür, hansı isə  mənfur qüvvələr illərdir müharibə və terrordan,  məhrumiyyətlərdən əziyyət çəkən əfqan xalqına dinclik vermək istəmir.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir