ABŞ İsrailin “Dəmir günbəz” komlekslərinin yeni partiyasını almağa tələsmir

İsrailin “Dəmir günbəz” komplekslərini ABŞ-ın müdafiə sistemlərinə  inteqrasiya etmək  mümkün olmayıb.

ABŞ Müdafiə Nazirliyi  bu hava hücumundan müdafiə sistemlərinin daha iki kompleksini  almaq üçün təxminən 1 milyard dollar xərcləməyi planlaşdırırdı.  İndi isə bu sövdələşmə sual altındadır.

Məsələ ondadır ki,  2019-cu ildəki ilk sınaqlar zamanı “Dəmir günbəz” ABŞ ordusunun radarlarına və Ümumi Aviasiya Komandanlığı və İdarəetmə Sisteminə qoşulsa da, sistemi döyüş Komandanlıq Sisteminə  bağlamaq mümkün olmamışdı.

Silahlı Qüvvələr Komandanlığının rəhbəri general Mayk Murray bir çıxışında bundan bəhs edərək deyib:

 Bir sıra kiber problemlərlə  qarşılaşmağımızla bərabər başqa  çətinliklərlə də üzləşdiyimizdən kompleksləri  hava hücumundan müdafiə sistemimizə birləşdirə biləcəyimizə inanmırıq”.

Murray  problemin detallarını açıqlamayıb.

Ancaq “The Times of Israel” adının açıqlanmasını istəməyən  Pentaqon təmsilçisinə istinadən əsas problemin “Dəmir günbəz”in proqram təminatı ilə bağlı olduğunu yazıb. Məlum olub ki, iki sistemin inteqrasiyası üçün  proqram yenidən yazılmalıdır.

ABŞ aldığı iki “Dəmir günbəz” hazırda ABŞ-ın hava hücumundan müdafiə sistemindən kənar – müstəqil sistem kimi fəaliyyət göstərir.

Bu səbəbdən ABŞ  (problemin həlli tapılanadək) növbəti kompleksləri almağı təxirə salmaq fikrindədir.

General Mayk Murray çıxışında 2023-cü ilədək axtarışlardan bəhs etdiyini nəzərə alsaq, ABŞ-ın yaxın 3 ildə “Dəmir günbəz” idxal etməyəcəyi anlaşılır.

 

Mənbə: Star (Türkiyə)

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir