Çində epidemioloji vəziyyət nisbətən qənaətbəxşdir

 Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

Çində 2019-cu ilin dekabrından indiyədək yeni tip koronavirusa yoluxanların sayı 80 600, “COVİD-2019″dan həyatını itirənlərin sayı isə 3 070 nəfərdir.

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə:

1 678 nəfər sağalaraq xəstəxananı tərk edib. Ümumilikdə isə 55 400 nəfər sağalıb. Ötən sutka ərzində 99 yoluxma, 28 ölüm faktı qeydə alınıb. Çinin 31 bölgəsinin əksəriyyətində bir neçə gündə yeni yoluxma halları qeydə alınmayıb. Ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 3,77 faizdən 3,8 faizə düşüb”.

ÜST-ün məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir