“Facebook” Londondakı ofislərini müvəqqəti bağlayıb

 “Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı

“Facebook” cümə günü Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən ofislərini müvəqqəti bağlayıb.

Bu barədə “Sky News” telekanalı xəbər verib:

Üç min nəfərin işlədiyi ofislər bir nəfərdə koronavirus aşkarlandıqdan sonra bağlanılıb. Koronavirus təsbit edilən işçi 24-26 fevralda Sinqapura səfərdən sonra Londonda yerləşən ofislərin birində olub”.

Ofislərdə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir