Koronavirus – İranda son vəziyyət: ümumi və əyalətlər üzrə

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 7-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb.

O deyib ki, son bir sutka ərzində ölkədə daha 1076 nəfərin virusa yoluxması aşkarlanıb:

Dünən günorta saatlarından daha 21 nəfər virusdan həyatını itirib. Beləliklə də, ölkədə virusa yoluxanların sayı bu günə qədər 5823-ə, xəstəlikdən ölənlərin sayı isə 145 nəfərə yüksəlib”.

Ölkə əyalətlərində xəstəliyə yoluxanların sayına gəldikdə, ümumilikdə bu günə qədər:

  • 1539 nəfər Tehranda,
  • 668 nəfər Qumda,
  • 494 nəfər Gilanda,
  • 484 nəfər İsfahanda,
  • 305 nəfər Əlbürzdə,
  • 606 nəfər Mazandaranda,
  • 265 nəfər Mərkəzi əyalətdə,
  • 178 nəfər Qəzvində,
  • 138 nəfər Simnanda,
  • 162 nəfər Gülüstanda,
  • 135 nəfər Rəzəvi Xorasanda,
  • 95 nəfər Farsda,
  • 107 nəfər Loristanda,
  • 77 nəfər Şərqi Azərbaycanda,
  • 64 nəfər Xuzistanda,
  • 81 nəfər Yəzddə,
  • 52 nəfər Zəncanda,
  • 44 nəfər Kürdüstanda,
  • 41 nəfər Ərdəbildə,
  • 31 nəfər Kirmanşahda,
  • 4 nəfər Kirmanda,
  • 34 nəfər Həmədanda,
  • 34 nəfər Sistan-Bəlucistanda,
  • 30 nəfər Hormozqanda,
  • 18 nəfər Cənubi Xorasanda,
  • 23 nəfər Şimali Xorasanda,
  • 16 nəfər Çaharmahal Bəxtiyaridə,
  • 15 nəfər İlamda,
  • 33 nəfər Qərbi Azərbaycanda,
  • 6 nəfər Kohkiluye və Boyer Əhməddə,
  • 8 nəfər isə Buşehr əyalətində koronavirusa yoluxub.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 145-ə, yoluxanların isə sayının 5823 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini, ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və dünyadan  gizlətməyə çalışır.

 

Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir