"Neftçi" "Sabah"ı böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti  oyunu keçirilib.

Günün ikinci matçında “Neftçi” “Sabah”ı qəbul edib. “Bakcell Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Flaqmanın qollarını 6-cı dəqiqədə Saman Nərimancahan, 49-cu dəqiqədə Anton Krivotsyuk, 62-ci dəqiqədə Baqali Dabo, 90+1-ci dəqiqədə isə Mirabdulla Abbasov vurub.

İkinci yerdə qərarlaşan “Neftçi” xallarının sayını 37-yə çatdırıb. “Sabah” isə 21 xalla 5-ci sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı 5:0 hesabı ilə udub.

Tura sabah keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir