Paraqvayda saxta pasporta görə yaxalandılar

 Ronaldinyo saxta pasportla saxlanıldı

Braziliya millisinin və İspaniya “Barselona”sının sabiq futbolçusu Ronaldinyo Paraqavayda həbs edilib.

Bu barədə “Ultima Hora” nəşri məlumat yayıb. 40 yaşlı sabiq yarımmüdafiəçi qardaşı Roberto de Assis Moreyra ilə birgə saxta pasportla ölkəyə girdikdən sonra saxlanılıb:

 Ronaldinyo və qardaşı məhkəməyə qədər qalacaqları Milli Polis Xüsusi Qrupuna aparılıb”.

, – deyə məlumatda qeyd olunub.

Paraqvay prokurorluğu Braziliya vətəndaşı, Ronaldinyonun agenti Vilmondes Sous Liranı saxta sənədlərlə ölkəyə daxil olduğuna görə saxlayıb və barəsində həbs qərarı verib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir