Türkiyə-Rusiya münasibətləri İdlib səbəbindən riskə atılmadı

"Lakin hadisələrin sonunda ikitərəfli münasibətlər İdlib böhranından yara aldı".
Murad YEŞILTAŞ
Siyasi, iqtisadi, sosial tədqiqatlar fondu SETA əməkdaşı, dossent

Son həftələrdə mərkəzi İdlib olmaqla baş verənlər Suriya münaqişəsinin yeni bir mərhələyə daxil olduğunu göstərir. Rusiyanın dəstəklədiyi Əsəd rejiminə bağlı quru, hava ünsürlərinin İdlibdə strateji mövqedəki M4 və M5 yollarının nəzarətini ələ keçirmək təşəbbüslərinə Türkiyənin sərt müqavimət göstərməsi İdlibi bir anda dünyanın gündəminə oturtdu. Ən son 27 fevral tarixində Əsəd rejiminə sadiq hava ünsürlərinin Türkiyə Silahlı Qüvvələrini hədəfə alması nəticəsində 33 türk hərbi qulluqçusunun şəhid edilməsi İdlib böhranını daha da dərinləşdirdi və Türkiyənin rejimə çox sərt, gənişmiqyaslı cavab verməsinə gətirib çıxartdı.

Hava hücumu Rusiya tərəfindən edildi. Bu, məlumdur. Buna rəğmən, rəsmi Ankara hücuma Əsəd rejiminin məsuliyyəti kimi baxdı və İdlib ətrafında rejimə ciddi itkilər verdirdi. Bu vəziyyət Suriya müharibəsində iki dövlətin bu səviyyədə qarşı-qarşıya gəlməsi mənası daşıyır. Bununla yanaşı, Türkiyənin əməliyatı Suriya böhranı ilə maraqlanan bütün ölkələrin məqamlarını gözdən keçirtməsinə səbəb oldu.

Türkiyə “Bahar qalxanı” adı altında keçirdiyi əməliyyatla həqiqi gücünü də göstərdi. Suriya vətəndaş müharibəsi müddətində bu səviyyədə Türkiyə ilə qarşı-qarşıya gəlməmişdi. Türkiyə hava məkanının Türk döyüş təyyarələrinə bağlı olmasına baxmayaraq, silahlı pilotsuz uçuş aparatlarından (SPUA) istifadə edərək Suriya hava məkanına daxil oldu və Suriya rejiminə məxsus İdlib ətrafındakı bütün hərəkətli ünsürləri məhv etdi.

Əməliyyatın ikinci günündə Suriya rejimi öz sıralarında vuruşan 2500-dən çox (rəsmi rəqəmlər) əsgərini və milis ünsürlərini itirdi. Bununla yanaşı, rejimin 150-dən çox tankı,  iki ədəd SU-24 və bir L-36 növ döyüş təyyarəsi də Türkiyə tərəfindən məhv edildi.

Rejimin itkiləri bunlarla məhdud deyil; Rusiyanın və Əsəd rejiminin çox güvəndikləri 8 ədəd müxtəlif hava hücumundan müdafiə sistemləri, topçu batareyaları və çox sayda zirehli texnikası da rejimin itkiləri arasındadır. Bununla da Türkiyə sadəcə əsgərinə istiqamətli hücuma bərabər səviyyədə cavab vermək əvəzinə rejimin ağır itkilərinə səbəb olacaq hərbi taktika və strategiya ilə fərqləndi. Rəsmi Ankara xüsusilə SPUA hücumları ilə müharibə tarixində yeni bir mərhələyə daxil olunmasını təmin etdi.

Strategiyanın yekun hədəfi isə xeyli açıq idi: rejimi Soçi razılaşması üzrə xəttinə geri çəkilməyə məcbur etmək. Ancaq sahədən gələn xəbərlər rejimin ağır itkilərinin olmasına baxmayaraq mövqelərindən asanlıqla əl çəkilməyəcəyinə dəlalət edirdi.   M4 və M5 yollarına eyni anda nəzarət etməyə yarayan  strateji əhəmiyyətə malik Serakip uğrunda döyüşlər  buna  nümunə kimi göstərilə bilər. Bu strateji məntəqə əməliyyat dövründə bir neçə dəfə əldən-ələ keçdi.

Ayrıca görünür ki, rəsmi Moskva əməliyyatın ilk günündə rejimin ağır itkiləri qarşısında hər hansı mövqe ortaya qoymasa da,  daha sonra dəqiq mövqeyini bildirdi.  Serakip bölgəsinə Rusiya hərbi polisini cəlb edən rəsmi Moskva Türkiyənin əməliyyatının əhatə dairəsini genişlətmə və ərazini tutma ehtimalı qarşısında öz mövcudluğunu ön plana çıxartdı. Bu, istər-istəməz Türkiyənin daha diqqətli rəftar etməsinə səbəb oldu. Çünki hər iki ölkə  birbaşa qarşı-qarşıya gələrək  toqquşmada maraqlı deyildi.

Türkiyə  Soçi müqaviləsi əsasında sərhədlər  üzərində  təkidlə dayandıqda, rəsmi Moskvanın niyyətinin daha fərqli olduğunu gördük. Hər iki ölkənin də toqquşmanı şiddətləndirməkdən tərəf olmadıqları isə aydın olub.

5 martda bir araya gələn Putin və Ərdoğan İdlib böhranında yeni atəşkəs xəttini işə salmaqla böhranın dərinləşməsinin qarşısını aldı.  2018-ci ildə imzalanmış Soçi razılaşmasına daha 3 maddə əlavə edildi. Atəşkəsin elan edilməsi ilə M4 magistral yolunun şimalında və cənubunda 6 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması barədə razılıq əldə edildi.

Digər tərəfdən M4 yolu xəttində Türkiyə-Rusiya birgə patrul xidmətlərinin başlanması ilə bağlı razılıq əldə edildi.

Beləcə, Türkiyə rejimin və Rusiyanın daha çox irəliləməsinin qarşısını alaraq yeni bir qaçqın böhranının ortaya çıxmasının qarşısını aldı, həmçinin  müxaliflərin mövqelərini qoruması, möhkəmləndirməsi  üçün zaman qazanmış oldu.

Moskva sammitində əldə  edilənlər İdlib böhranının daimi həlli olmasa da, müvəqqəti bir formul  ilə böhranın dərinləşməsinin qarşısı alındı. Rusiyanın və rejimin bundan sonra yeni bir hücum başlatmayacağının zəmanəti olmasa da,  Türkiyə gələcəkdə mövcud sahə üzərində hakimiyyətini gücləndirərək İdlib böhranının yenidən qarşısını ala bilər.

Moskva sammitinin ən vacib nəticəsi odur ki, Türkiyə-Rusiya münasibətlərinin digər cəhətləri daha əhəmiyyətli görülərək İdlib səbəbindən riskə atılmadı. Ancaq hadisələrin  sonunda ikitərəfli münasibətlər İdlib böhranından yara aldı.

Mənbə: TRT

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir