Uşaqlar üçün Novruz şənliyi keçirilməyəcək

Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub.

Bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək.

Belə ki:

Hər il dövlət qurumlarında, idarə və təşkilatlarda çalışan şəxslərin övladları üçün bayram şənliyi biletləri verilirdi. Bu il isə həmin biletlər hədiyyələrlə əvəzlənib. Orada çalışan işçilərə uşaqlarına aparmaları üçün hədiyyələr təqdim olunur”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir