Avropada epidemioloji statistika

 

Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

  • İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb.  Yoluxma halı Stokholmda (115 ) və Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərində qeydə alınıb. İnfeksiya mənbəyi İtaliya və İrana səfər edən şəxslərdir.
  • Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institut məlumat yayıb.

Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliyanın ən böyük torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb.

  • Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib.

Virusa yoluxanlardan 19-u dünyasını dəyişib, 50-yə yaxın xəstənin vəziyyəti ağırdır.

  • Hazırda epidemiyanın ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada bir gündə 1 500 nəfərdə koronavirus aşkarlanıb. Hazırda Avropanın qədim dövlətində 7 300 nəfər virus daşıyıcısıdır. Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə 15 milyon insan karantində saxlanılır.

MƏNBƏ:REPORT

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir