BNA: "İctimai nəqliyyatda əks-epidemik tədbirlər müntəzəm icra ediləcək"

 Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO

Koronovirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əks-epidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə:

Son bir həftə ərzində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda (cəmi 2 100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib”.

 Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO

İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənilir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb”.

 Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO

Əks-epidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Bununla yanaşı, sərnişinlərdən ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələri xahiş edilir:

ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir