Bolqarıstanda ilk yoluxma təsbit edilib

Bolqarıstanda koronavirusa ilk yoluxma təsbit edilib.

TASS xəbər verir ki, bu barədə martın 8-də Bolqarıstan teleqraf agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, yoluxma hadisələri haqqında məlumatı Bolqarıstan hökumət yanında koronovirusun yayılmasına qarşı Milli operativ qərargahın rəisi Ventsislav Matafçiyski verib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100 ölkədə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir