Suriyada ağır yol-nəqliyyat qəzası olub

Suriyada baş vermiş avtoqəza zamanı azı 30 nəfər ölüb

Suriyada Dəməşq-Homs avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı azı 30 nəfər həlak olub.

Bu barədə “SANA” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə:

Bağdad körpüsü rayonunda yanacaq daşıyan maşın, iki avtobus və bir neçə minik maşını toqquşub”.

Hadisə yerində çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Qəzada xəsarət alanların olduğu da bildirilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir