Aİ Şurası epidemiyaya görə fəaliyyətini məhdudlaşdırıb

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşdə əl sıxmaqdan imtina edib.

Məlumat üçün bildirək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan martın 9-da Brüsselə səfər edib.

Avropa İttifaqı (Aİ) Şurası koronavirusla bağlı fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib.

TASS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir:

Şuranın, hazırlıq orqanlarının, işçi qruplarının iclasları azaldılacaq. Hansı iclasların keçiriləcəyinə dair qərarlar sədr tərəfindən müntəzəm qaydada veriləcək. İclaslara gələn qruplar və əhəmiyyətsiz təlimlər dayandırılır. Həmçinin Şura üzvlərinə mümkün qədər daxili görüşlər keçirməmək, müvafiq şəxsi təmizlik qaydalarına riayət etmək tövsiyə olunur”.

, – açıqlamada qeyd olunur.

İtaliya hökumətinin son qərarları ilə bağlı Şura əməkdaşlarının səfər etməyəcəyi ölkələrin siyahısının yeniləndiyi də vurğulanır.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyanın 101 ölkəsində koronavirusa yoluxanların 105 586 nəfər olduğunu açıqlamışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir