Böyük Britaniyada 3-cü pasiyent həyatını itirib

 Britaniyada koronavirusdan üç nəfər öldü

Böyük Britaniyada “2019-nCoV”dan üçüncü ölüm faktı qeydə alınıb.

İtaliyadan qayıtdıqdan sonra koronavirusa yoluxduğu təsbit edilən 60-dan yuxarı yaşı olan pasiyent həyatını itirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə İngiltərənin baş həkimi Kris Uitti bildirib.

Onun sözlərinə görə:

Şənbə günü 206 yoluxan var idisə, bazar günü koronavirusun yeni ştamına yoluxanların ümumi sayı 273-ədək artıb. Dünyasını dəyişənlərdən ikisi yaşlı insanlardır”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir