Bu axşam bədirlənəcək Ay daha böyük və parlaq görünəcək...

Bu axşam  Bakı vaxtı ilə saat 21:48-də Ay növbəti dəfə bədirlənəcək. Lakin bu bədirlənmə fərqli  olacaq. Yerin təbii peyki bundan 13 saat sonra orbitinin planetimizə ən yaxın nöqtəsinə gələcək: perigey üzrə Yerdən  357 min 117 kilometr məsafədən keçəcək.  Beləliklə, bu yaxınlaşma dövründə  Ay  daha böyük və parlaq görünəcək.

Astronomların hesablamalarına görə, bu dəfə Ay adi haldan 8% böyük, 13 faiz daha parlaq görünəcək.

“Super Ay” nadir astronomik hadisə deyil. Bununla belə, qeyd etməliyik ki, bu gecəki  bədirlənmiş Ay  ilin ən böyük və parlağı olacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir