Gürcüstandan xaricə biznes və təhsillə bağlı səyahətlər məhdudlaşdırılıb

 Gürcüstandan xaricə səyahətlər məhdudlaşdırıldı

Gürcüstandan xarici ölkələrə  biznes və təhsillə bağlı səyahətlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə qərar Gürcüstanda koronavirusla mübarizə məqsədilə yaradılan Dövlət Qurumlararası Koordinasiya Şurasının növbəti iclasında açıqlanıb.

Baş Nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən toplantıda ölkədə koronavirusla bağlı vəziyyət müzakirə olunub. Qeyd edilib  ki, virusun təsdiqləndiyi 15 pasiyentin sağlamlıq durumu qənaətbəxşdir və onlar müvafiq müalicə alırlar.

 

Mənbə: Report

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir