UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 11-də keçirilməsi planlaşdırılan “PSJ”– “Borussiya” (Dortmund) cavab oyunu tamaşaçı olmadan keçiriləcək.
Bu barədə “LEquipe” nəşri məlumat yayıb.
Buna səbəbsə koronovirus epidemiyasının qarşısını almaqdır. Bu məqsədlə:
Fransa ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib. Futbol matçları da bu kateqoriyaya düşür. Bütün hallarda son qərarı Paris prefekturası qəbul edəcək”.
Hazırda Fransada yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib. 21 nəfərin vəziyyəti ağırdır, 12 nəfər sağalıb.
Görüş 11 martda “Park de Prens” stadionunda olacaq. Komandalar arasında Almaniyada keçirilən ilk oyunda “Borussiya” 2:1 hesablı qələbə qazanmışdı.