Seçki saxtakarlığını ifşa edən fəal həbs olunub

Parlament seçkiləri zamanı saxtakarlıqları ifşa etməsi ilə məşhurlaşan ictimai fəal Fuad İsmayılov narkotikdən istifadə ittihamı ilə inzibati qaydada 2 ay müddətinə həbs edilib.

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsinin məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlü üzvü olan İsmayılov 9 fevral parlament seçkilərində pozuntuları əks etdirən video yayıb. Bu zaman onu məntəqədən polis güc tətbiq edərək uzaqlaşdırıb.

Seçkilərdən sonra o, MSK-nın qarşısındakı binanın divarına “Fu, Mazi!” yazaraq bu şəkildə MSK sədrinin seçkilər zamanı saxtakarlıqlarla bağlı şikayətlərə baxmaqdan imtina etməsinə etirazını bildirib.  Həmin dairədən keçmiş deputatlığa namizəd Fikrət Cəfərli bu haqda deyib:

Martın 7-də Fuad İsmayılov evindən çıxarkən saxlanılıb və Suraxanı rayon 32-ci polis bölməsinə aparılıb. Ona narkotiklərlə bağlı ittiham irəli sürülüb, baxmayaraq ki, o, siqaret belə çəkmir”.

Martın 7-də Bakının Suraxanı rayon məhkəməsi İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 206-cı (Narkotik, psixotrop maddələrdən qanunsuz istifadə, onların şəxsi istifadə üçün lazım olan miqdarda satış məqsədi olmadan hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib və 2 ay müddətinə həbs edib.

 

Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir